“Qarabağ”ın UEFA Çempionlar Liqasında 8-ci turunda rəqibi olan “Liverpul”da işlər yolunda getmir. Komanda İngiltərə Premyer Liqasında dörd ardıcıl heç-heçədən sonra dünən “Bornmut”la matçda da ağır zərbə alıb: səfər oyununda 90+5-ci dəqiqədə buraxdığı qolla 2:3 hesabı ilə uduzub.
Beləliklə, onlar düz 5 oyundur Premyer Liqada qələbə qazana bilmirlər. Komanda "qara zolaq"dadır.
QOL.az İngiltərə mediasına istinadən xəbər verir ki, Liverpul”un baş məşqçisi Arne Slot "Bornmut”a qarşı məğlubiyyətin səbəblərindən danışarkən əsas problemin sıx oyun qrafiki olduğunu bildirib.
Görüşdə “Liverpul” 0:2 hesabı ilə geridə qalsa da, Vircil van Deyk və Dominik Soboslayın qolları sayəsində hesabı bərabərləşdirib. Lakin matçın sonlarında Amin Adlinin fərqlənməsi “Bornmut”a qələbə qazandırıb.
Arne Slot oyundan sonra futbolçularını günahlandırmayıb və məğlubiyyəti yorğunluqla əlaqələndirib:
“Aydın idi ki, bəzi futbolçularımızın enerjisi tükənmişdi. Buna görə onları tənqid də edə bilmərəm. Çünki iki gün əvvəl Avropada səfər oyunu keçirmişdik. Bu müddətdə Çempionlar Liqasında oynayıb, oyunlar arasında cəmi iki günü olan yeganə komandayıq.
Səfər oyunundan sonra yenidən səfərdə liqanın ən intensiv komandalarından birinə qarşı oynadıq. Əsasən eyni futbolçuları meydana buraxıram, çünki hazırda əlimizdə olan oyunçular bunlardır”.
Niderlandlı mütəxəssis həmçinin deyib: “Nəticə, təbii ki, məyusedicidir, çünki qol buraxmaq xoş deyil, xüsusilə də oyuna qayıtmaq üçün artıq vaxt qalmayanda. Ədalət naminə qeyd etmək lazımdır ki, rəqibimiz hesabı 3:2-yə daha əvvəl də çatdıra bilərdi”.
Hazırda “Liverpul” Premyer Liqada 23 oyundan 36 xalla 4-cü yeri tutur. Mersisaydlılar lider “Arsenal”dan 14 xal geri qalır, ən yaxın izləyiciləri “Mançester Yunayted”i isə 1 xal qabaqlayır. Lakin bu iki komanda “Liverpul”dan 1 oyun az keçirib.
Xatırlatma
“Liverpul” - “Qarabağ” oyunu yanvarın 28-si, Mərkəzi Avropa vaxtı ilə saat 21:00, Bakı vaxtı ilə isə yanvarın 29-su, saat 00:00-da başlayacaq.
Bu oyun hər iki komanda üçün əhəmiyyət daşıyır və heç biri ən azı uduzmamağa çalışacaq. "Liverpul" qalib gəlməlidir ki, 1/8 finala vəsiqəni birbaşa təmin etsin. "Qarabağ"a isə "pley-off"a adlamaq üçün 1 xal da kifayət edəcək. Amma Ağdam klubunun nəzəri baxımdan həmin mərhələdə oynamaq şansı uduzsa belə qalacaq. Bu, digər bir neçə matçın nəticəsindən də asılı olacaq.
Duran oynadı, komandasını məğlubiyyətdən xilas etdi
DÇ-2026-ya aparılmadığı üçün karyerasını bitirir
“Şamaxı”dan yeni transfer
Mahir yeni klubuna “Bayatı Şiraz” sədası ilə keçdi - Video
İnyesta baş məşqçinin qərarına təəccübləndi
"Beşiktaş"ı tərk edə bilər
İbrahimoviçin oğlu klubunu dəyişdi
"Aston Villa"nın ən bahalı transferi oldu
"Turnirin ən güclü iki komandası finaldadır"
Tramp da onun taktikasını tənqid etdi
“Karvan-Yevlax”dan yeni transfer
Emrelinin Polşa klubuna keçidinin - Təfərrüatı
İnfantino: "DÇ-2026 tarixin ən yaxşı mundialıdır"
De la Fuente: "Skaloni ilə bir-birimizə bənzəyirik"
“Qarabağ” - SSKA oyununun biletləri satışa çıxarıldı
"Payde" - "Zirə" oyunun da hakimləri məlum oldu
Mahir Emreli Polşadadır - Yeni klubu…
Skaloni: "İspaniya ilə bağlı hər şey məni narahat edir"
"Neftçi" - "Dinamo" oyunu kiprlilərə tapşırıldı
"Qarabağ"ın SSKA ilə oyunlarının hakimləri açıqlandı
Azərbaycan millisi Avropa çempionatının pley-offunda
“Kəpəz”də baş məşqçinin köməkçiləri müəyyənləşdi
Asim Xudiyev “Braqa”nın oyununa təyinat alıb
“Qarabağ”la oyundan əvvəl SSKA-ya azarkeş şoku
“Dünya çempionatı yenidən ABŞ-da keçirilsin”
Messi o məşhur şəkildən danışdı - “İnanılmazdır”
FİFA DÇ-2026-nın finalını təxirə salmaq fikrində deyil
“İmişli”dən ayrıldı, I Liqa klubuna keçdi
“Qalatasaray”dan darmadağın
Mahir oynamadı, “Kayzerslautern” uduzdu
Azərbaycan güləşçisi Budapeştdə bürünc medal qazanıb
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Ayaks" braziliyalı hücumçu transfer etdi
“Qarabağ” - SSKA matçının biletləri satışa çıxır
Salah "Beşiktaş"da oynayacaq?
"Sumqayıt"dan "Şamaxı"ya keçdi
Mundialın final matçında fasilə müddəti müəyyənləşdi
"Dünya çempionu olsaq, millidən gedəcəyəm"
"Şəfa" "İmişli" ilə heç-heçə etdi