Ramin Musayevdən Superkubok açıqlaması

Ramin Musayevdən Superkubok açıqlaması
XƏBƏR 10 İyun 2011 / 18:07 2552
-  A +

"Biz də istəyirik ki, Azərbaycan Superkuboku keçirilsin. Lakin bunun üçün klubların razılığı olmalıdır. Əgər onlar razılıq verərlərsə, biz Superkuboku keçirməyə hazırıq". Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində PFL-in prezidenti Ramin Musayev deyib.

Musayevin sözlərinə görə, həm son ölkə çempionu "Neftçi", həm də kubokun sahibi "Xəzər Lənkəran" hazırda Avrokubok oyunlarına hazırlaşdığından bu barədə danışıqlar nəticəsiz qalıb. Lakin "hər iki komandanın razılığı olarsa, Superkubokun təşkilində heç bir problem qalmayacaq" - deyə Musayev bildirib.

Daha çox


Son xəbərlər
20.07.25  13:57

"Real" onu göndərir