Eşli Yanq “Mançester Yunayted”də

Eşli Yanq “Mançester Yunayted”də
XƏBƏR 10 İyun 2011 / 15:50 1783
-  A +

İngiltərənin “Mançester Yunayted” klubu növbəti transferini gerçəkləşdirib. Qol.Az-ın məlumatına görə, “qırmızı şeytanlar” “Aston Villa”nın hücumçusu Eşli Yanqı sıralarına qatıb.

Tərəflər arasında uzunmüddətli danışıqlardan sonra Yanqın nümayəndələri “mankunyanlar”la ilkin razılıq əldə ediblər. Futbolçunun gələn həftə Mançesterə gedərək, tibbi müayinədən keçəcəyi söylənilir.

Qeyd edək ki, hücumçu ilə 5 illik müqavilə imzalanacaq. Onun həftəlik gəliri isə 130 min funt olacaq.

Daha çox


Son xəbərlər