“Arsenal” Fabreqasla bağlı “Barselona”nın qarşısına tələb qoydu

“Arsenal” Fabreqasla bağlı “Barselona”nın qarşısına tələb qoydu
XƏBƏR 10 İyun 2011 / 15:44 1940
-  A +

İngiltərənin “Arsenal” klubunun rəhbərliyi Sesk Fabreqasın İspaniya “Barselona”sına keçidi ilə bağlı danışıqlar aparmağa hazır olduğunu bəyan edib. Qol.Az-ın “Sport.es”ə istinadən verdiyi məlumata görə, kanonirlər İspaniya yığmasının futbolçusu üçün ən azı 40 milyon avro istəyirlər.

Lakin “Barsa” cəmi 30 milyon avro verə biləcəyini deyir. Üstəlik, İngiltərə təmsilçisi kataloniyalılar qarşısında sərt tələb qoyub: Bütün transfer məbləği dərhal ödənilməlidir. “Arsenal” bunu həmin pulu yeni oyunçu transferinə xərcləyəcəyi ilə əlaqələndirib.

Qeyd edək ki, “Barselona” yay transferlərinə 45 milyon avro ayırıb.


Son xəbərlər
16.06.24  14:40

"Milan"da qalır