Rauf Mehdiyev: “Əgər kimdənsə qorxsaydım, futbol oynamazdım”

Rauf Mehdiyev: “Əgər kimdənsə qorxsaydım, futbol oynamazdım”
XƏBƏR 10 İyun 2011 / 11:40 2197
-  A +

“Heç nədən və heç kimdən qorxmuram. Komandada güclü rəqabət olmalıdır. Əgər kimdənsə qorxsaydım, onda heç futbol oynamazdım”.

Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində “Neftçi”nin təcrübəli qapıçısı Rauf Mehdiyev deyib. Serbiyalı Saşa Stemankoviçin gəlişindən narahat olmadığını söyləyən qolkiper əsas heyətdəki yerini qorumaq üçün daha çox çalışacağını bildirib: "Bundan sonra daha çox çalışacam ki, əsas heyətdə yer alım. Bir komandada yaxşı qapıçılar çox olanda, rəqabət də güclü olur. Bu isə bizim xeyrimizədir”.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner