"Neftçi"də oynamaq mənim üçün böyük şərəfdir"

"Neftçi"də oynamaq mənim üçün böyük şərəfdir"
XƏBƏR 10 İyun 2011 / 11:25 1834
-  A +

Çempionlar Liqasında bu mövsüm ölkəmizi təmsil edəcək "Neftçi" klubu artıq ilk transferini reallaşdırıb. Qol.Az-ın məlumatına görə, flaqman Serbiyanın "Srvena Zvezda" klubunun qapıçısı Saşa Stamenkoviçlə 2+1 illiyinə müqavilə imzalayıb.

"Neftçi"yə transferi haqda təəssürastlarını bölüşən Stamenkoviç komandasının uğurları üçün çalışacağını bildirib: "Bilirəm ki, "Neftçi" Azərbaycanın ən köklü klubudur. Belə bir komandada oynamaq mənim üçün böyük şərəfdir. Var qüvvəmlə çalışıb, "Neftçi"nin Çempionlar Liqasında və Azərbaycan çempionatında uğur qazanmasına yardım edəcəyəm".

Daha çox


Son xəbərlər