Quti "Beşiktaş"dan ayrılmaq istəyir

Quti "Beşiktaş"dan ayrılmaq istəyir
XƏBƏR 10 İyun 2011 / 11:19 2099
-  A +

"Beşiktaş" klubunun ispaniyalı yarımmüdafiəçisi Quti Hernandez komandasından ayrılmaq istədiyini bildirib. Qol.Az-ın məlumatına görə, 34 yaşlı futbolçu İstanbulda çox sıxıldığını əsas gətirərək "Beşiktaş"ı tərk etməyə hazırlaşır.

Quti artıq karyerasını başqa bir ölkədə davam etdirmək haqda düşünür. "Real"ın sabiq futbolçusu ilə Polşanın "Lex" (Poznan) və "Legiya" (Qdansk) klublarının yaxından maraqlandığı bildirilir.

Qeyd edək ki, son mövsüm "Beşiktaş"ın heyətində 20 oyunda meydana çıxan Quti 7 dəfə rəqib qapılarına yol tapıb.

 

 

 

Daha çox


Son xəbərlər