“Sampdoriya” yeni baş məşqçisinə qovuşdu

“Sampdoriya” yeni baş məşqçisinə qovuşdu
XƏBƏR 10 İyun 2011 / 10:56 1488
-  A +

Növbəti mövsümdən “B” Seriyasında mübarizə aparacaq “Sampdoriya”nın yeni baş məşqçisinin adına aydınlıq gəlib. Qol.Az-ın məlumatına görə, bundan sonra komandanı Canluka Atsori çalışdıracaq.

40 yaşlı mütəxəssis bu postda Alberto Kavazini əvəzləyib. Kavazin “Sampdoriya”nı “A” Seriyasında saxlaya bilmədiyi üçün istefaya göndərilib.

Qeyd edək ki, “Sampdoriya”nın yeni baş məşqçisi Atsori bundan əvvəl “Recina”, “Kataniya” və “Ravenno”nu çalışdırıb.

Daha çox


Son xəbərlər