"Qalatasaray"ın futbolçusu rəsmən "Trabzonspor"da

"Qalatasaray"ın futbolçusu rəsmən "Trabzonspor"da
XƏBƏR 9 İyun 2011 / 23:42 2176
-  A +

Türkiyənin "Trabzonspor" klubu "Qalatasaray"ın futbolçusu Barış Özbəklə müqavilə bağlayıb. Qol.Az-ın məlumatına görə, rəsmi anlaşma 3 il müddətinə nəzərdə tutulub.

Almaniyada anadan olan 25 yaşlı müdafiəçi Türkiyəyə 4 il öncə gəlib. O, ötən müddətdə "sarı-qırmızılar"ın uğurları üçün çalışıb. Özbək klubunu dəyişməsini "Trabzonspor"un Çempionlar Liqasında mübarizə aparacağı ilə əlaqələndirib. Yarımmüdafiəçi yeni komandasında da 8 nömrəli forma geyinəcək. 

Qeyd edək ki, Barış Özbək "Trabzonspor"un son 3 gündə müqavilə bağladığı 4-cü futbolçu olub. Bunadək Türkiyə vitse-çempionu İspaniya "Sevilya"sından Didye Zokora, Türkiyə "Bucaspor"undan Sərcan Kaya, "Bursaspor"dan Ərən Albayrakla rəsmən anlaşıb.  

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner