Əmrə Belözoğlu Məkkəyə gedir

Əmrə Belözoğlu Məkkəyə gedir
XƏBƏR 9 İyun 2011 / 23:20 1615
-  A +

Mövsümü çempionluqla tamamlayan "Fənərbaxça" klubunun bəzi futbolçuları Məkkəyə gedəcək. Qol.Az-ın məlumatına görə, Gökhan Gönül, Uğur Boral və Əmrə Belözoğlu həyat yoldaşları və ailəvi dostları ilə bərabər müqəddəs Məkkəni ziyarət edəcəklər.

Onlar müqəddəs torpaqlara iyunun sonunda qədəm qoyacaqlar. Baş məşqçi Aykut Kocaman hər üç futbolçunun yeni mövsüm hazırlıqlarına bir qədər gec qatılmalarına icazə verib.

Qeyd edək ki, daha bir oyunçu Bəkir İrtəgün hazırda Ümrə ziyarətindədir. Digər futbolçuların onunla birgə Məkkəyə yollanmalarına həmin ərəfədə Türkiyə yığmasının düşərgəsində olmaları və viza məsələlərində yubanma səbəb olub.  

Son xəbərlər