“Hakimlər bu tur işlərinin öhdəsindən layiqincə gəldilər. Düzdür, xırda səhvlər oldu. Bu da vərəqələrin verilməsi ilə bağlı idi. Hansısa epizodda hakim vərəqə verməyə də bilərdi. Lakin o futbolçunu cəzalandırdı və ya əksinə. Vərəqə verməli olmadığı halda, futbolçunu cəzalandırdı”. Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib. X.Məmmədov bəzi hakimin idarəçiliyini xüsusi qeyd edib: “İnter” - “Bakı” oyununa Zöhrab Qədiyevi təyin etmişdik. Düşünürəm ki, Zöhrab Qədiyev idarəçiliyi ilə onun seçimində yanılmadığımızı göstərdi. O oyunu çox yaxşı idarə etdi. Komandaların heç birinin hakimliklə bağlı iradı olmadı. Baxmayaraq ki, oyunda gərginlik yüksək səviyyədə idi. “Neftçi” - “Qəbələ” oyununu idarə edən Əfqan Həmzəyev də işinin öhdəsindən yaxşı gəldi. O sübut etdi ki, tezliklə elit hakimlər sırasına qoşula bilər. “Muğan” - “Turan” oyunu da maraqlı alındı. Baxmayaraq ki, hər iki komanda autsayderlər sırasında yer alır. Bu oyunu idarə edən Babək Quliyevin də idarəçiliyini çox bəyəndim”.
Sonda isə X.Məmmədov “Karvan” - “Olimpik” oyunundan sonra birincilərin baş məşqçisi Yunis Hüseynovun hakimliklə bağlı səsləndirdiyi fiikirlərə münasibət bildirdi: “İmanxan Sultani “Karvan” - “Olimpik” qarşılaşmasını yaxşı idarə etdi. Hüseynovun narazılı etdiyi epizodlarda referi düzgün qərar çıxardı. Həmin epizodları izləmişəm və deyə bilərəm ki, penaltidən söhbət gedə bilməz. Ümumiyyətlə, mən bəzi məşqçilərə məsləhət görərdim ki, hakimlərdən şikayət etməkdənsə, gedib oyun qaydalarını öyrənsinlər”.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
A Seriyasında daha bir baş məşqçi istefası
Azərbaycan millisi dünya çempionatına heç-heçə ilə başladı
“Borussiya” Niko Kovaçla müqaviləni uzatdı