"Qarabağ" Türkiyədə

XƏBƏR 9 İyun 2011 / 18:48 1670
-  A +

Avropa Liqasının oyunlarına hazırlaşan «Qarabağ» bu gün Türkiyənin Ankara şəhərinə yola düşüb. Qol.Az-ın məlumatına görə, artıq Ankara yaxınlığındakı Qızılcahamam bölgəsinə çatan Ağdam təmsilçisi ən azı iyunun 24-dək orada təlim-məşq toplanışında olacaq.

İyunun 20-də keçiriləcək Avroliqanın püşkatması zamanı «Qarabağ»ın ilk oyununu səfərdə keçirəcəyi məlum olarsa, o zaman komanda matçın keçiriləcəyi ölkəyə Türkiyədən yola düşəcək. Əks halda iyunun 24-də Bakıya qayıdacaq.

Qeyd edək ki, Türkiyəyə yola düşən heyətin tərkibində «Qarabağ»ın Azərbaycan millisində çıxış edən üzvləri yoxdur. Onlar iyunun 12-də komandaya qoşulacaq. 

Daha çox


Son xəbərlər