“Qəbələ” futbol klubunun komandaya yeni cəlb etdiyi Mahir Şükürov müasir Azərbaycan futbolunun yetişdirdiyi ən istedadlı müdafiəçilərdən sayılır. Son illərdə milli komandanın əvəzolunmaz futbolçularından birinə çevrilən (hazırda formada olmadığına görə, öz xahişi ilə, müvəqqəti olaraq, yığmaya cəlb edilmir – red.) 28 yaşlı futbolçu Türkiyə və Rusiya çempionatlarında oynamaq imkanı qazanıb.
- Niyə məhz “Qəbələ”ni seçdiniz?
- Çünki ilk gündən klubda gördüklərim, sözün həqiqi mənasında, məni valeh etdi. Hər bir futbolçunun arzusunda olduğu şəraiti məhz “Qəbələ”də gördüm. Bir tərəfdən də Toni Adams amili bu komandanı seçməyimdə həlledici oldu. Dünya futbolunun ən yaxşı müdafiəçilərindən biri olan İngiltərə milli yığma komandasının keçmiş üzvü səni öz komandasına dəvət edirsə, bunu qəbul etməmək, ən azından, yanlışlıq olardı. Onunla yeni komandada çalışmaq nəyə desən dəyər. Müdafiəyə meyilli futbolçu kimi ondan çox şey öyrənə bilərəm.
- Milli komandanın, mütəmadi olaraq, klubunu dəyişən futbolçularındansız. “Qəbələ”də nə qədər qalmağı planlaşdırırsız?
- Mənim müqaviləm iki il müddətinə nəzərdə tutulub. Səhv etmirəmsə, komandanın baş məşqçisi də həmin müddətdə “Qəbələ”də işləyəcək. Əl-ələ verib, komandanın uğurları üçün çalışacağıq. Yeni mövsümdə mənə həm də kapitanlıq sarğısı həvalə olunacaq. Klub iki ildən sonra müqavilənin uzadılmasında maraqlı olacaqsa, buna yenə də razılıq verəcəm.
- Deməli, gələn mövsümdə “Qəbələ”nin yeni kapitanı olacaqsınız?
- Kapitanlığı Toni Adams özü mənə təklif etdi. Dedi ki, səni komandanın kapitanı görmək istəyirəm. Mən də təbii ki, can-başla bu məsuliyyəti öz üzərimə götürdüm.
- Adams demişdi ki, sizi daha çox müdafiədə oynadacaq. Amma yığmada daha çox yarımmüdafiəçi kimi çıxış edirsiz. Bu sizi narahat etmir ki?
- Mənim üçün bunun elə də böyük əhəmiyyəti yoxdu. Məşqçi hara təyin etsə, orda da oynaya bilərəm. Amma bəzən oyunun gedişində elə məqamlar yaranır ki, daha çox orta xətdə mübarizə aparmağa məcbur oluram.
- Artıq komandanın məşqlərində iştirak etmisiniz. İlk təəssüratınız necədi?
- Çox gözəl. Bir həftə komanda ilə birgə oldum. Məni çox gözəl qəbul etdilər. Komandada özümə qarşı doğmalıq hiss etdim. Hətta mənə elə gəldi ki, mövsümün əvvəlindən “Qəbələ”dəyəm. Burda əməlli-başlı ingilissayağı məşqlər keçirilir. Mənim gəlişimə qədər komanda süni meydançada məşq edirdi. İndi komanda yeni istifadəyə verilmiş təbii ot örtüklü meydançada məşq keçir. Ayağım düşərli oldu (gülür).
- Deməli, komandada səni yaxşı qəbul etdilər?
- Başqa cür ola da bilməzdi. Futbolçulardan bəzilərini çoxdan tanıyırdım. “Qəbələ”də çox mehriban kollektiv var. Yeni futbolçu hamı ilə tez dil tapır, kollektivə uyğunlaşır.
- İndiyə qədər çox məşqçilərlə çalışmısınız. Toni Adams sizə necə təsir bağışladı?
- Onu aldatmaq mümkün deyil. Bu yolları o artıq bir neçə dəfə keçib. Çox səmimi insandı. Belə insanlarla işləmək rahat və xoşdur. Bu, məni çox sevindirir.
- Yeni qurulan infrastruktur ürəyinizcədi?
- Elə birinci gündən mənə hər yeri göstərdilər. Doğrudur, “Xəzər Lənkəran” və “Bakı” klublarının gözəl şəraiti var, amma Qəbələdə gördüyüm tamamilə başqa şeydir. Məşq üçün beş meydança var. Burada hətta qışda da məşq etmək üçün üstüörtülü meydança istifadəyə verilib.
- “Qəbələ”də gördüklərinizi oynadığınız sonuncu klub olan “Anji”nin (Rusiya) şəraiti ilə müqayisə edə bilərsiniz?
- “Anji”də belə şərait, belə təlim-məşq bazası yoxdur. Ümumiyyətlə, qurulmaqda olan yeni bazamız Avropada əksər klubların həsəd apara biləcəyi səviyyədə olacaq.
- Yeni mövsümün hazırlığına qədər bir aydan çox dincəlməyə vaxt tapacaqsınız. Bu müddətdə nə işlə məşğul olmağı planlaşdırırsınız?
- Antalya və Dubaya getməyi nəzərdə tutmuşam. Yaxşı oynamaq üçün yaxşı dincəlmək də lazımdı. Məşqçi korpusu mənim üçün xüsusi proqram tərtib edib. Formada qalmaq üçün harada olmağımdan asılı olmayaraq, hər gün 40 dəqiqə məşq etməliyəm.
- Yığma komandaya nə vaxt qayıtmağı düşünürsünüz?
- Hazır olandan sonra. Həm də gərək, məşqçilər buna qərar versin.
Mənbə: “Qəbələ FK” qəzeti
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı
Məşhur klub 1,37 milyard avroya yeni stadion tikir
Bursada İtaliya şousu - Video
Yamaykadan “Qarabağ”a məyusedici xəbər gəldi
UEFA Mbappenin qardaşını 3 oyunluq cəzalandırdı
Marko Yankoviç İrəvanda - Şəkil
Varkonyinin millidəki debütu baş tutmadı
Puxaç millidə əsas heyətdə oyuna çıxdı
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
Türkiyə İtaliyaya, Belçika Fransaya uduzdu
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video