Dünyanın ən sürətli adamı "Mançester Yunayted"də oynamaq istəyir

Dünyanın ən sürətli adamı "Mançester Yunayted"də oynamaq istəyir
XƏBƏR 9 İyun 2011 / 15:06 3152
-  A +

Dünyanın ən sürətli adamı olan yamaykalı atlet Üseyn Bolt özünü futbolçu kimi sınamaq istəyir. Qol.Az-ın məlumatına görə, Bolt "Mançester Yunayted"də oynamaq istədiyini bildirərək Ser Aleks Ferqyusona mesaj göndərib:

"Mən heç də xəyallarda deyiləm. Doğrudan da, "Mançester Yunayted"də oynaya biləcək bir gücə sahibəm. İnanıram ki, bu komandanın heyətində uğurlu çıxış edə biləcəm. Çünki gözəl texnikam və sürətim var. Motivasiyam da yerindədir. Ona görə də, özümü futbolçu kimi hazır görürəm".

Qeyd edək ki, dünya rekordlarını alt-üst edən 24 yaşlı Boltun atlet kimi başladığı karyerasını futbolçu kimi davam etdirəcəyini isə zaman göstərəcək.

Daha çox


Son xəbərlər