Ramiz Məmmədov məğlub olan komandasından razı qaldı

Ramiz Məmmədov məğlub olan komandasından razı qaldı
XƏBƏR 9 İyun 2011 / 14:44 2138
-  A +

Qazaxıstanın “Atırau” klubunu çalışdıran həmyerlimiz Ramiz Məmmədov komandasının növbəti məğlubiyyətindən sonra fikirlərini bildirib. Qol.Az-ın məlumatına görə, Məmmədov məğlubiyyətə baxmayaraq, futbolçularının oyunundan razı qalıb:

“Mən son oyuna görə futbolçularıma minnətdarlığımı bildirirəm. 3 top fərqi ilə məğlub olmağımıza baxmayaraq, mübarizəni dayandırmadılar və sona kimi oynadılar. İlk hücumda qapımıza birinci zərbə qolla nəticələndi. Bundan sonra komandamız “sındı”. Ancaq buna baxmayaraq futbolçular xarakter göstərə bildilər. 0:2-dən sonra hücumda nəsə göstərmək istədik. Təəssüf ki, 3-cü qolu buraxdıq. Xoş an odur ki, komandamız rəqibdən və meydançadan asılı olmayaraq, prinsipcə layiqli oynayır və təslim olmur”.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner