Bir vaxtlar Rusiya futbolunun istedadlı futbolçularından hesab olunan Artyom Bezrodnı azarkeşlərimizə yaxşı tanışdır. 2005-ci ildə İmişlinin “MKT-Araz” klubuna transfer olunan rusiyalı burada çox qalmadı. İmişlinin dözülməz həyat tərzi onu buralardan elə qaçaq saldı ki, o vaxtdan bəri Artyomu gördüm deyən yoxdur. Qol.Az-ın məlumatına görə, Rusiya mətbuatı Bezrodnı barədə yazı dərc edərkən Azərbaycanı da yada salıb: “Bu futbolçunu çoxları özünə kumir sayırdı. Artyom həqitətən də istedadlı idi. Amma tale onunla başqa cür davrandı. Çox gənc yaşda Moskva “Spartak”ına düşməyi bacaran hücumçu sonradan Leverkuzen “Bayer”nə keçdi və 2 il orada oynadı. Qayıtdıqdan sonra yenidən Rusiyada çıxış etdi. Çempionlar Liqasında və Rusiya milli komandasında da oynamağa imkan tapdı. Sonradan işləri tərs gətirməyə başladı və nəticədə Azərbaycana gedəsi oldu. Həmin vaxt o, bu addımını məcburiyyətdən atmışdı. Çünki əks halda hərbi xidmətə yollanmalı idi. Amma orada da Artyomun bəxti gətirmədi. Əslində nəyin baş verdiyi indiyə kimi qaranlıq qalıb. Bilinən tək odur ki, Bezrodnı Azərbaycanda çox duruş gətirmədi və başını götürüb qaçdı. Elə futbolu da o vaxtdan atdı və sonrakı taleyinin necə olmasını da heç kim bilmir. Fakt isə faktlığında qalır. Rusiya futbolu parlaq gələcək vəd edən istedadını itirdi”.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
A Seriyasında daha bir baş məşqçi istefası
Azərbaycan millisi dünya çempionatına heç-heçə ilə başladı
“Borussiya” Niko Kovaçla müqaviləni uzatdı