Milli komanda baş məşqçisiz qaldı

Milli komanda baş məşqçisiz qaldı
XƏBƏR 9 İyun 2011 / 14:03 1940
-  A +

İngiltərə və "Mançester Yunayted"in əfsanəvi futbolçularından olan bu günə kimi isə Tayland milli komandasını çalışdıran Bryan Robson vəzifəsindən istefa verib.

Qol.Az-ın məlumatına görə, 54 yaşlı mütəxəssis Tayland Futbol Federasiyası ilə müqaviləsini qarşılıqlı olaraq ləğv edib. 

2009-cu ildə Tayland milli komandasına gətirilən Robsonun yığmadakı fəaliyyəti uğurlu alınmayıb. Təcrübəli mötəxəssisin artıq İngiltərəyə qayıtdığı bildirilir.

Qeyd edək ki, Robson Tayland millisi ilə keçirdiyi 18 oyunda cəmi 7 qələbə qazanıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner