"Arsenal"ın hücumçusu "Beşiktaş"ın hədəfində

"Arsenal"ın hücumçusu "Beşiktaş"ın hədəfində
XƏBƏR 9 İyun 2011 / 13:26 2199
-  A +

Yeni mövsüm üçün hücumçu axtarışlarını davam etdirən "Beşiktaş" klubu diqqətini İngiltərəyə yönəldib. Qol.Az-ın məlumatına görə, "ağ-qaralar" "Arsenal"ın danimarkalı hücumçusu Niklas Bendtnerə elçi düşüb.

Nihatla yollarını ayıran və Mert Nobre ilə müqaviləni ləğv etməyi planlaşdıran rəhbərlik alternatif kimi Bendtneri transfer etmək niyyətindədir. Bu mövsüm "Arsenal"ın əsas heyətinə düşə bilməyən 23 yaşlı futbolçu da komandadan ayrılmaq istədiyini bildirib.

Qeyd edək ki, 2005-ci ildən "Arsenal"da çıxış edən Bendtner 98 oyunda 22 dəfə rəqib qapılarına yol tapıb.

Daha çox


Son xəbərlər