Almaniya millisinin hücumçusu rəsmən "Latsio"da

Almaniya millisinin hücumçusu rəsmən "Latsio"da
XƏBƏR 9 İyun 2011 / 13:05 1691
-  A +

Almaniya milli komandasının futbolçusu Miroslav Kloze İtaliyanın “Latsio” klubuna keçib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Bavariya” ilə müqaviləsini uzatmayan təcrübəli futbolçu tibbi müayinədən keçdikdən sonra Roma təmsilçisi ilə 2 illik müqavilə bağlayacaq.

Anlaşmaya əsasən, Klozeyə start heyətində yer təminatı verilib. Ona ildə 2 milyon avro ödəniləcək.

Qeyd edək ki, Miroslav Kloze ailəvi problemləri əsas gətirərək, Türkiyə “Qalatasaray”ının təklifini rədd edib.


 


Son xəbərlər
02.01.26  10:50

Bekker 100-ə çatdı