Azərbaycan millisinin və "Kayzerslautern"in futbolçusu Mahir Emreli haqqındakı tənqidlərə münasibət bildirib.
28 yaşlı hücumçu QOL.az saytına videomüsahibəsində özünün və digər hücumçuların milli komandada kifayət qədər məhsuldar olmamasının səbəbinə toxunub.
O, bunu yığmanın çox sayda qol şansı yaratmaması ilə əlaqələndirib. Həmçinin Emreli obyektiv tənqidləri normal qəbul etdiyini vurğulayıb:
"Təbi ki, hücumçusansa, diqqət daha çox sənin üzərində olur. Ən çox tənqid olunan hücumçulardır. Bu da futbolda normal bir haldır. Amma bəzən bizim azarkeşlərimizdə elə düşüncə olur ki, millimizin üzvləri qol vurmur, tənqid edək.
Əvvəlcə fikirləşməliyik ki, biz dayanmadan 10-15 epizod yaradan milli deyilik ki, hücumçularımızı niyə qol vurmurlar deyə tənqid edək. Təbii ki, azarkeşlər qol görmək istəyirlər. Bu, başadüşüləndir. Adekvat tənqidə veriləcək bir cavab yoxdur. Lakin bəzən yersiz, sadəcə nəsə deyilsin deyə edilən tənqidlər olur. Bu, istər azarkeşlər, istərsə də bəzi futbol nümayəndələri tərəfindən edilir. Həqiqətən də xoşagəlməz bir haldır. Çünki dediyim kimi, nə bizdən öncəki milli, nə də biz hər oyunda 10-15 epizod yaratmırıq ki, hücumçlar şansı əldən verdilər deyə tənqid olunsunlar. Burada əsəbiləşəcək, düşündürəcək bir məqam yoxdur.
Heç kim hücumçudan çox qol vurmaq istəmir. Milli komanda tamamilə fərqlidir. Millidə qol vurmaqdan çox nəticəyə oynamaq, qələbə qazanmaq önəmlidir. Bəzən neçə dəfə olub ki, komandaya kömək etmək üçün hücumdan müdafiəyə düşmüşəm. Bunlar hamısı millidə tələb olunan məqamlardır. Xüsusilə də bzim kimi yığmalarda önəmlidir. Ümid edirəm ki, 2026-cı ildə azarkeşlərimizin bu fikirlərini az da olsa, dəyişə bilərik və qollar vuraraq onları sevindirərik".
"Arsenal"dan "Everton"a
"Fənərbaxça"dan qələbə
“Sabah”ın Çempionlar Liqasında ilk məğlubiyyəti
"Qalatasaray"la matçdan öncə doğma meydana qayıdırlar
FİFA-dan DÇ-2030-la bağlı qərarın dəyişdirilməsi istənildi
"Qarabağ" asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
Vozinyaya xüsusi icazə verildi
Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
"Salahı ala bilmədik yox, almadıq" - "Beşiktaş" prezidenti
UEFA -nın 2027-ci il konqresinin məkanı açıqlandı
"Orhus" - "Sabah": Heyətlər
Mudrik qayıtdı, "Çelsi" uduzdu
"Kəpəz" qapıçısını komandada saxladı
Azərbaycanda 2 klubun adı dəyişdirildi
“Qarabağ”ı şişirtməyə ehtiyac yoxdur” - Milevski
Milan derbisində heç-heçə
Premyer Liqa klubundan rekord məbləğdə transfer
"Qarabağ" Polşaya yollandı - Şəkillər
2-ci liqada yeni mövsümün püşkü atıldı
Azərbaycan yığması UEFA turnirində iştirak edəcək
Oyun zamanı ildırım düşdü, bir futbolçu həyatını itirdi
"Real" futbolçusunu icarəyə verdi
Qurban Qurbanov tənqidlərə belə cavab verdi - Video
"Kəpəz"də yeni müqavilə
Braziliyada oyuna tutuquşu hücumu - Video
"Sumqayıt" Braziliyadan daha bir oyunçu gətirdi
Koxalski və Şahruddinlə bağlı suallara belə cavab verdi
Zakaria Savonu "Qarabağ"ın oyunlarında kim əvəzləyəcək?
"Napoli"dən "Bayer"ə
Fildişi Sahili millisində yeni baş məşqçi
Məhəmməd Salah: “Bizə hər yer Trabzon!” - Video
"İnter"dən Çalhanoğlu qərarı
Zamiq qayıtdı və Avroliqa oyununa çıxdı
"Orhus" - "Sabah" oyunu bu kanalda