Azərbaycan futbolunun 100 illiyi FİFA-nın rəsmi saytında

Azərbaycan futbolunun 100 illiyi FİFA-nın rəsmi saytında
XƏBƏR 9 İyun 2011 / 10:57 2008
-  A +

Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə FİFA-nın prezidenti Yozef Blatterin Bakıya etdiyi səfərlə bağlı FİFA-nın rəsmi saytında yazı yerləşdirilib. Qol.Az-ın məlumatına görə, saytda Blatterin səfərlə bağlı təəssüratları dərc olunub.
 
Azərbaycan Futbol Ferderasiyaları Assosiasiyası (AFFA) 1992-ci ildə təsis edilib və 2 il sonra FİFA-ya üzv olub. Azərbaycan futbolu bu il 100 illik yubileyini qeyd edir. Bu münasibətlə FİFA prezidenti Yozef Blatter və onun UEFA-dakı həmkarı Mişel Platini Azərbaycanın paytaxtı Bakıda iki günlük səfərdə olublar.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bazar günü FİFA və UEFA-nın prezidentlərini qəbul edib: "FİFA-nın prezident seçkilərində yenidən bu posta seçilməyiniz münasibətilə sizi təbrik edirik. Biz çox sevinirik ki, seçkilərdən sonra ilk səfəri Azərbaycana etmisiniz".
 
Azərbaycan Respublikası 1991-ci ildən, Sovet İttifaqı dağıldıqdan sonra müstəqilliyini əldə edib və Rusiya, Gürcüstan, Ermənistan, İran və Türkiyə ilə həmsərhəddir. 2012-ci ildə 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatı Azərbaycanda keçiriləcək. Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə iyunun 6-da, "Buta Palace"da keçirilmiş təntənəli mərasim daha bir mühüm hadisə ilə əlamətdar oldu. 2012-ci ildə Azərbaycanda keçiriləcək 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatının rəsmi emblemi FİFA-nın prezidenti Yozef Blatterə təqdim təqdim edildi.
 
2012-ci ildə Azərbaycanda keçiriləcək 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatının oyunlarının keçiriləcəyi stadionlardan da birinin açılışı olub. Y. Blatter, M. Platini və R. Abdullayev "Dalğa Arena"nın qarşısındakı rəmzi qırmızı lenti kəsiblər. Sonra FİFA, UEFA və AFFA nümayəndələri stadiona baxış keçiriblər. Səfər çərçivəsində FİFA-nın və UEFA-nın nümayəndə heyəti Azərbaycanda 65 min tamaşaçı tutumuna malik olacaq Bakı Olimpiya Stadionunun təməlqoyma mərasimində də iştirak ediblər.
 
FİFA prezidenti Mişel Platini ilə birgə Azərbaycan futbolunun 100 illik münasibətilə təşkil olunan tədbirə dəvət edildiklərinə görə təşəkkürünü bildirib: "Bu gün böyük bir gündür. Azərbaycan futbolu 100 illik yubileyini qeyd edir. Futbol insanları bir araya gətirir. Ölkə prezidenti idmanın, xüsusən futbolun inkişafında maraqlıdır. Azərbaycanda futbola böyük maraq var. Futbolun inkişafına xüsusi həssaslıq nümayiş etdirdiyinə görə Azərbaycan Prezidentinə təşəkkür edirik".
 
65 min tamaşaçı tutumuna malik olacaq Olimpiya Stadionunun təməlqoyma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev deyib: "Azərbaycan futbolunun inkişafda olması hamımızı sevindirir. Futbolun inkişafı istiqamətində atılan addımlar gələcəyə nikbin baxmağa əsas verir. 2010-ci ildə 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatının Azərbaycana həvələ edilməsi bizim üçün böyük məsuliyyətdir".
 
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev təşkil edilən mətbuat konfransında bunları deyib: "Respublika Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə futbolun inkişafına dair Dövlət Proqramı qəbul olunub. Bu istiqamətdə AFFA öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir".
 
Blatter daha sonra ölkənin həm iqtisadi, həm idman baxımından tərəqqisindən danışıb: "İlk dəfə Azərbaycanda 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatı təşkil ediləcək. Oyunlar yeni inşa olunmuş stadionlarda keçiriləcək. Turnirdə 16 komandanın iştirakı ilə biri-birindən maraqlı oyunlar olacaq. Yaxşı təşkilatçılıq Azərbaycanda futbolun inkişafı üçün çox vacibdir. Azərbaycan eyni zamanda öz mədəniyyətini təbliğ etmiş olacaq".
 
"Buta Palace"da Azərbaycan futbolunun 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib. Ölkənin "Eurovision-2011"-dəki təmsilçiləri Eldar Qasımov və Nigar Camalzadə Beynəlxalq Mahnı Müsabiqəsində birinci yeri tutan mahnılarını ifa ediblər. Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov və 400-ə yaxın digər qonaqlar iştirak ediblər. Banket Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə hazırlanmış xüsusi tortun kəsilməsi ilə başa çatıb.

Daha çox


Son xəbərlər