Kloze "Qalatasaray"a gəlmədi

Kloze "Qalatasaray"a gəlmədi
XƏBƏR 9 İyun 2011 / 00:18 1985
-  A +

Türkiyənin "Qalatasaray" klubunun Almaniya yığmasının hücumçusu Miroslav Klozeni transfer etmək istəyi baş tutmayıb. Qol.Az-ın "NTV Spor"a istinadən yaydığı xəbərə görə, ulduz futbolçu həyat yoldaşının vetosu ilə üzləşib.

Klozenin transferi üçün Almaniyaya gedən "sarı-qırmızılar"ın idman direktoru Bülənt Tulun və baş məşqçi Fatih Terimin köməkçisi Ümit Davala danışıqların ilk günündə prinsipial razılığa gəlib. Onlar hətta müqavilə müddəti və illik əmək haqqı məbləğində də anlaşıblar. Lakin iş yekun mərhələyə çatdıqda Klozenin həyat yoldaşı araya girib. O, 7 yaşındakı əkiz övladlarının bu il məktəbə gedəcəklərini və təhsilə Almaniyada başlamalarının gərəkliyini söyləyib. Xanım Kloze ərinin Türkiyəyə yollanmasına qarşı çıxıb. Bu səbəbdən, "Qalatasaray"ın təklifinə mənfi reaksiya verilib.

Miroslav Klozedən əlini üzən "Qalatasaray" İngiltərənin "Çelsi" klubundan Didye Droqbanın transferi üçün danışıqları davam etdirəcək.

Daha çox


Son xəbərlər