Haalanddan geri qalmır, rekordları alt-üst edir

Haalanddan geri qalmır, rekordları alt-üst edir
DÜNYA FUTBOLU 3 Yanvar 2026 / 23:06 6525
-  A +

Norveç futbolu Erlinq Haalanddan sonra növbəti superulduz futbolçu qazanmağın astanasındadır.

QOL.az xəbər verir ki, "Mançester Siti"nin ulduz oyunçusu Erlinq Haalandın yaxın qohumu olan Albert Tyaland göstərdiyi inanılmaz məhsuldarlıqla diqqət mərkəzinə düşüb.

Hazırda Norveçin səviyyəcə 4-cü liqasında mübarizə aparan "Rosseland" klubunda çıxış edən 21 yaşlı hücumçu fantastik statistikaya imza atıb. O, ötən mövsüm meydana çıxdığı 37 oyunda düz 64 qol vurub. 

Mütəxəssislər bu tempin davam edəcəyi təqdirdə, tezliklə Avropanın top klublarının futbolçu üçün hərəkətə keçəcəyini bildirirlər.

Xatırladaq ki, onun məşhur qohumu Erlinq Haaland 2022-ci ildən "Mançester Siti"də çıxış edir və İngiltərə Premyer Liqasında bir çox rekordları yeniləyib. Ulduz futbolçu həmçinin 21-ci əsrdə ilk dəfə Norveç millisini dünya çempionatının final mərhələsinə (DÇ-2026) yüksəltməyi bacarıb.


Son xəbərlər