"Onlar güclü rəqiblərə qarşı matçlarda büdrəyirlər"

"Onlar güclü rəqiblərə qarşı matçlarda büdrəyirlər"
XƏBƏR 1 Yanvar 2026 / 21:00 708
-  A +

Məşhur italiyalı mütəxəssis Fabio Kapello A Seriyasına liderlik edən "İnter"in hücum xəttinin səmərəliliyini təhlil edib.

QOL.az xəbər verir ki, təcrübəli məşqçi milanlıların yüksək oyun performansına rəğmən, bəzi narahatlıqlarını dilə gətirib.

Cari mövsümdə rəqib qapılarına 35 dəfə yol tapan "İnter" bu göstəriciyə görə ən yaxın izləyicisi "Milan"ı (27 qol) xeyli qabaqlayır. Lakin Kapellonun fikrincə, qolların kəmiyyətindən daha çox, keyfiyyəti önəmlidir.

Mütəxəssis qeyd edib ki, çempionluğu adətən vurulan və buraxılan qollar arasındakı balansı ən yaxşı qoruyan komanda qazanır:

"İnter"in 35 qol vurması əla nəticədir, 14 qol buraxması da pis deyil. Lakin mən qolların paylanmasında problem görürəm. Komanda autsayderlərə çox qol vurur, amma güclü rəqiblərlə oyunlarda tez-tez büdrəyir".

Qeyd edək ki, "İnter" hazırda İtaliya çempionatının turnir cədvəlinə başçılıq edir.


Son xəbərlər