Serbiyalı qapıçı "Neftçi"də

Serbiyalı qapıçı "Neftçi"də
XƏBƏR 8 İyun 2011 / 14:28 2073
-  A +

Bakının "Neftçi" klubu Çempionlar Liqasına hazırlığı davam etdirir. Qol.Az-ın məlumatına görə, dünən tibbi müayinədən keçən futbolçular bu gün baş məşqçi Arif Əsədovun rəhbərliyi altında məşq ediblər.

Məşq prosesində Serbiyanın "Srvena Zvezda" klubunun qapıçısı Saşa Stamenkoviç də iştirak edib. Qolkiperin "Neftçi"dəki gələcək karyerası haqqında danışıqlar davam edir.

Qeyd edək ki, müxtəlif yığma komandaların düşərgəsində olan futbolçular bu günkü hazırlığa qatılmayıblar.


Son xəbərlər