Taffarel yenidən "Qalatasaray"da

Taffarel yenidən "Qalatasaray"da
XƏBƏR 8 İyun 2011 / 14:25 2030
-  A +

2000-ci ildə "Qalatasaray"la UEFA kuboku və Avropa super kubokunu qazanan Klaudio Taffarel yenidən İstanbula gəlib. Qol.Az-ın məlumatına görə, Braziliya yığmasının da şərəfini qoruyan Taffarel Fatih Terimin dəvəti ilə yenidən sabiq komandası "Qalatasaray"a qayıdıb.

Taffarel "Qalatasaray"da əsasən qapıçılarla işləyən məşqçi kimi fəaliyyət göstərəcək. Dünən İstanbula gələn qapıçı ilə aparılan danışıqlar müsbət nəticələnib. Taffarel də yenidən "Qalatasaray"a qayıtdığı üçün çox xoşbəxt olduğunu bildirib.

Qeyd edək ki, Taffarelin gəlişi ilə Terimin bütün köməkçiləri müəyyənləşib. Bunlar Həsən Şaş, Ümid Davala və Taffareldir.


Son xəbərlər