"İnter"in futbolçusu sürprizlə üzləşdi

XƏBƏR 8 İyun 2011 / 13:42 2069
-  A +

"İnter" klubunun yarımmüdafiəçisi Dimitri Kruqlovun çıxış etdiyi Estoniya millisi AÇ-2012-nin seçmə mərhələsində növbəti matçını keçirib. Qol.Az-ın məlumatına görə, Kruqlovun komandası Farer adaları ilə oyunda sürpriz nəticə ilə üzləşib.

Seçmə mərhələdə xal üzünə həsrət qalan Farer adaları ilk qələbəsini məhz Estoniya ilə oyunda qazanıb - 2:0. Lakin hər iki komanda matçı 10 nəfərlə başa vurub.

Qeyd edək ki, Kruqlov həmin görüşdə 90 dəqiqə meydanda olub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner