Toni Kross: “Çətin rəqiblərimizdən birinə qalib gəldik”

Toni Kross: “Çətin rəqiblərimizdən birinə qalib gəldik”
XƏBƏR 8 İyun 2011 / 12:27 1860
-  A +

“Səfərdə çətin rəqiblərimizdən birinə qalib gəldik. Nədənsə şikayətlənmək lazım deyil. Çünki sonda üç xalı qazanan biz olduq”. Qol.Az-ın məlumatına görə, bu fikirləri milli komandamızla dünən baş tutan oyundan sonra alman mətbuatına müsahibəsində Bundestimin gənc yarımmüdafiəçisi Toni Kross səsləndirib.

Qeyd edək ki, Kross dünənki oyunda almanların start heyətində meydana çıxmışdı.


Son xəbərlər