Premyer Liqanın ən məhsuldar komandası da müəyyənləşdi

XƏBƏR 7 İyun 2011 / 17:25 2123
-  A +

Premyer Liqanın 2010/2011-ci il mövsümündə komandalar keçirdikləri 192 oyunda ümumilikdə 381 dəfə fərqləniblər. Qol.Az-ın məlumatına görə, bu da, orta hesabla hər oyunda 1,98 qol deməkdir.

Mövsüm ərzində rəqib qapıçılarını hamıdan çox "Neftçi" klubunun futbolçuları məyus edib - 53 qol. Ən az fərqlənən isə MOİK olub - 14 dəfə.

Müdafiə xəttinin etibarlılığı ilə seçilən Premyer Liqanın qalibi "Neftçi" komandası 32 oyunda qapısından cəmi 17 top buraxdığı halda, turnir cədvəlinin sonuncusu MOİK hamıdan çox - 55 dəfə qapısında qol görüb.



  Komanda O Q H M Qollar Xallar
1 Neftçi 32 19 10 3 53-17 67
2 Xəzər Lənkəran 32 16 12 4 38-18 60
3 Qarabağ 32 17 8 7 41-22 58
4 AZAL 32 13 10 9 36-28 49
5 İnter 32 13 10 9 29-24 49
6 Bakı 32 10 10 12 33-32 40
7 Qəbələ 32 13 12 7 31-18 51
8 Muğan 32 13 8 11 29-31 47
9 Gəncə 32 8 12 12 33-36 36
10 Turan 32 7 6 19 24-47 27
11 Simurq 32 4 7 21 20-52 19
12 MOİK 32 4 6 22 14-55 18

Son xəbərlər