Azərbaycanlı hakimlər Belarus - Lüksemburq oyununda

Azərbaycanlı hakimlər Belarus - Lüksemburq oyununda
XƏBƏR 7 İyun 2011 / 14:37 2152
-  A +

Azərbaycanın FİFA referiləri AÇ-2012-nin seçmə mərhələsinin oyununa təyinat alıb. Qol.Az-ın məlumatına görə, Anar Salmanovun başçılıq etdiyi hakimlər briqadası bu axşam keçiriləcək Belarus - Lüksemburq matçını idarə edəcək.

Axşamkı oyunda Salmanovun köməkçiləri isə Mehman Mahmudov və Vaqif Mustafayev olacaq. Dördüncü hakim funksiyasını digər FİFA referisi Fariz Yusifov yerinə yetirəcək.

Qeyd edək ki, Belarus – Lüksemburq matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner