İtaliya Superkuboku Pekində

İtaliya Superkuboku Pekində
XƏBƏR 6 İyun 2011 / 23:49 1912
-  A +

İtaliya çempionu "Milan"la ölkə kubokunun sahibi "İnter" arasında keçiriləcək Superkubok matçı Çinin paytaxtı Pekində təşkil ediləcək. Qol.Az-ın məlumatına görə, əvvəllər hər iki klub oyunun doğma arenaları sayılan "San-Siro"ya ("Cüzeppe Meatsa") salınmasını istəyiblər.

Lakin A seriyasının rəhbərliyi bu məsələyə baxıb və keçirilmə yerini dəyişməməyi qərara alıb.

Qeyd edək ki, İtaliya Superkuboku 2009-cu ildə elə Pekindəki "Quş yuvası" adlanan stadionda baş tutub. Həmin vaxt "Latsio" qalib gəlib. 2010-cu ildə isə "İnter" mövsümün əvvəlindəki əlverişsiz təqvim üzündən Çinə getməkdən imtina edib. Bu səbəbdən, qarşılaşma Romadakı olimpiya stadionunda oynanılıb.

Son xəbərlər