«Foqts sabah uduzsa belə, Azərbaycanda qalmalıdır»

«Foqts sabah uduzsa belə, Azərbaycanda qalmalıdır»
XƏBƏR 6 İyun 2011 / 20:18 2876
-  A +

Almaniya millisinin baş məşqçisi köməkçisi Oliver Birhoff sabah Azərbaycan millisinə qarşı keçiriləcək oyunda Berti Foqtsa heç bir güzəştin edilməyəcəyini söyləyib.

Qol.Az-ın məlumatına görə, bu gün Bakıda keçirdiyi mətbuat konfrasında Birhoff Foqstun bir vaxtlar onun məşqçisi olduğunu söyləyib: «Mən Berti Foqtsun güclü və zəif cəhətlərini bilirəm».

Alman mütəxəssis Foqtsun müdafisinə də qalxıb: «Məncə, o, sabah məğlub olsa belə, Azərbaycandakı işini davam etdirməlidir. Biz onun burada qalıb işləməsini istəyirik» - deyə o bildirib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner