"Klubdakı insanlar bizə dəstək olurlar. Bu da bizə ümid verir. Bakıya yaxşı səhayət oldu. Şadıq ki, azarkeşlərimiz bura gəliblər".
QOL.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda sabah Bakıda "Qarabağ"ın qonağı olacaq "Ayaks"ın baş məşqçisi Fred Qrim oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
Qrim rəqibi yüksək qiymətləndirib: “Qarabağ” yaxşı, yetkin komandadıf. Təbii ki, onların bir neçə oyununa baxmışıq. Bir neçə analiz etmişik. Müdafiədə çox qapalı oynaya bilirlər və birdən çox futbolçu ilə sürətli hücuma çıxırlar”.
Mütəxəssis qarşılaşmanın həm qazanıla, həm də uduzula biləcəyini desə də, komandasının Bakıya qələbə üçün gəldiyini vurğulayıb: “Onların iki yaxşı müdafiə olunan yarımmüdafiəçisi və güclü müdafiəçisi var. Amma biz qələbə üçün oynayacağıq”.
F.Qrim uzun səyahətin futbolçulara təsiri ilə bağlı da danışıb: "Futbolçular üçün ciddi oyundur. Yol yorğunluğu var. Amma futbolçularıma inanıram. Komanda olaraq enerjimiz kifayət qədərdir. Onlar hamısı aktiv şəkildə oynamaq istəyirlər. Oyunçularım sabahkı matçı səbirsizliklə gözləyirlər".
O, komandanın vəziyyətini də qiymətləndirərək “sıfır xal” mövzusunun artıq çox uzandığını deyib:
“Hər oyuna ayrı baxmaq istəyirik. Sabah qələbə üçün oynayacağıq. Çünki o məşhur sıfır artıq çox müzakirə olunub. Ondan qurtulmaq istəyirik. “Ajaks” olaraq biz oyunları qazanmaq istəyirik. “Qarabağ”ın yeddi xal topladığını bilirik, amma biz o sıfırdan çıxmaq istəyirik”.
Komandanın aparıcı hücumçularından olan Vut Veqhorstun sabahkı matçı buraxmasına toxunan mütəxəssis bildirib: "Biz Vut haqda dəfələrlə danışmışıq. Zədəsi çox ciddidir. Qış fasiləsindən öncə belə olması üzücüdür. Amma indi biz Kasper Dolberq haqda düşünürük. O da çox oynayıb. Heç bir problem yoxdur. Bütün oyunçuları kfayət qədər nəzərə almışıq. Müəyyən işlər görürük. Hər futbolçunun neçə dəqiqə oynaya biləcəyi haqda danışırıq. "Ayaks"ın inkişafını düşünürük".
Azərbaycanlı jurnalistin "Qarabağ"dan qorxursunuzmu?” sualına isə Qriç qətiyyətlə cavab verib: “Qorxmuruq. Cədvəlin sonunda sıfır xalla dayansaq da, bu oyundan istifadə edib vəziyyətdən çıxmaq istəyirik. Amma qorxu yoxdur”.
Ter Ştegen qayıtdı
“Milan”dan əzmkar qələbə
“Qalatasaray” sabiq futbolçusuna göz dikdi
"Sabah" "Neftçi"yə qalib gəldi
“Şəki Siti”nin evdə qələbəsi - Video
“İnter”in müdafiəçisi “Liverpul”la oyunu buraxa bilər
Yuri Vernidub “Neftçi”nin “Sabah”la matçını izləyir
“Real” Alonsonu onunla əvəzləməyə hazırlaşır
“Ayaks” Bakıya gəldi - Video
Suares “İnter Mayami” ilə sağollaşır, vətəninə qayıdır
"Sabah" - "Neftçi" - Heyətlər
“Real”ın futbolçusu sıradan çıxdı
“Qalatasaray” Fransaya ciddi itkilərlə yollanır
PSJ Safonovla bağlı qərarını açıqladı
"Real"dan Xabi Alonsoya şərt - Yoxsa gedəcək