Misli Premyer Liqasında 14-cü tur davam edir.
QOL.az xəbər verir ki, 4-cü oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i artıq yekunlaşıb.
Əvvəlcə “Araz-Naxçıvan” “Kəpəz”i qəbul edib. Qarşılaşma Naxçıvan təmsilçinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hazırda turnir cədvəlində Naxçıvan təmsilçisi 23 xalla 6-cı, Gəncə klubu isə 6 xalla 11-cidir.
Bu komandaların ilk dövrədəki görüşündə “Araz-Naxçıvan” 2:0 hesabı ilə qalib gəlib. Lakin dekabrın 4-də keçirilən kubok matçında “Kəpəz” rəqibini səfərdə bir cavabsız qolla üstələyib.
Günün digər matçında isə “Sumqayıt” “İmişli”ni qəbul edir. Bu komandaların ilk dövrədəki matçında “İmişli” 1:0 hesabı qalib gəlsə də, meydana adı protokolda olmayan oyunçu buraxdığı üçün sonradan komanda texniki məğlubiyyətlə üzləşmişdi.
Hazırda “Sumqayıt” 23 xalla turnir cədvəlində 5-ci, “İmişli” isə 15 xalla 9-cu yeri tutur.
Misli Premyer Liqası, 14-cü tur
9 dekabr (çərşənbə axşamı)
19:30. “Sumqayıt” - “İmişli” - 0:0 (Fasilə)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov
VAR: Əli Əliyev
AVAR: Zöhrab Abbasov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
17:00. “Araz-Naxçıvan” - “Kəpəz” - 2:0
Qol: Coşqun Diniyev, 38, Patrik Andrade, 64
Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rahil Ramazanov, İslam Məmmədov
VAR: Elçin Məsiyev
AVAR: Teymur Teymurov
“Liv Bona Dea Arena”
6 dekabr (şənbə)
"Zirə” - “Qarabağ” - 1:1
7 dekabr (bazar)
“Karvan-Yevlax” - “Şamaxı” - 0:3
8 dekabr (bazar ertəsi)
“Sabah” - “Neftçi” - 2:0
“Qəbələ” - “Turan Tovuz” - 0:0 (Oyun qatı duman səbəbindən 23-cü dəqiqədə yarımçıq dayandırılıb)

Bombardirlər:
Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol
Coy-Lens Mikels (“Sabah”) - 7 qol
Toral Bayramov (“Qarabağ”) - 5 qol
Aleksandr Ramalinqom (“Sumqayıt”) - 5 qol
Karim Rossi ("Şamaxı") - 5 qol
Ter Ştegen qayıtdı
“Milan”dan əzmkar qələbə
“Qalatasaray” sabiq futbolçusuna göz dikdi
"Sabah" "Neftçi"yə qalib gəldi
“Şəki Siti”nin evdə qələbəsi - Video
“İnter”in müdafiəçisi “Liverpul”la oyunu buraxa bilər
Yuri Vernidub “Neftçi”nin “Sabah”la matçını izləyir
“Real” Alonsonu onunla əvəzləməyə hazırlaşır