"Neftçi" sabahdan Çempionlar Liqasının hazırlıqlarına başlayır

"Neftçi" sabahdan Çempionlar Liqasının hazırlıqlarına başlayır
XƏBƏR 6 İyun 2011 / 19:53 1889
-  A +

"Neftçi" klubun futbolçuları istirahəti başa vurmaq üzrədir. Qol.Az-ın məlumatına görə, flaqmanın milli komandaların düşərgəsində olan futbolçulardan başqa üzvləri sabah klubun bazasında bir araya gələrək, iyunun 9-dək tibbi müayinədən keçəcəklər.

İyunun 10-da "Neftçi" UEFA Çempionlar Liqasının 2011/12 mövsümünə hazırlıq məqsədilə Türkiyəyə yollanacaq. Qardaş ölkədəki təlim-məşq toplanışı ayın 22-dək davam edəcək. Hazırlığın ikinci mərhələsi isə iyunun 26-dan iyulun 5-dək Avstriyada olacaq.

Qeyd edək ki, təlim-məşq toplanışları zamanı komanda bir neçə yoxlama oyunu keçirməyi planlaşdırır.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner