Bu gün Azərbaycan prezidentinin iştirakı ilə təməlqoyma mərasimi keçirilən Bakı Olimpiya Stadionunda görüləcək işlər məlum olub.
Qol.Az-ın xəbərinə görə, metronun “Məşədi Əzizbəyov” stansiyası dairəsindəki yol ayrıcının şimal hissəsində, Sabunçu rayonunda 50 hektarlıq ərazidə yerləşəcək və paytaxtda müasir tikinti üslubu, xüsusi gözəlliyi ilə seçiləcək 65 min tamaşaçı yeri olan Bakı Olimpiya Stadionu bu tipli müasir idman qurğuları sırasında özünəməxsus yer tutacaq.
Beynəlxalq standartlara tam cavab verəcək stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur inşa ediləcək.
Daxili sahəsi 120,830 kvadratmetr olacaq stadionda tikinti işləri Beynəlxalq Tikinti Standartına (İBC), UEFA və FİFA standartlarına və Azərbaycanın inşaat normativlərinə uyğun aparılacaq. Jurnalistlərin işləməsi üçün nəzərdə tutulan bina 2 min kvadratmetrlik ərazini əhatə edəcək. Stadionun ətrafında ümumi sahəsi 13,847 kvadratmetr olacaq hovuz yaradılacaq, 81,574 kvadratmetrlik yaşıllıq sahəsi salınacaqdır. Ümumilikdə, 18 girişi olacaq stadionda 41 lift quraşdırılacaq, 3617 avtomobili qəbul edəcək 7 dayanacaq fəaliyyət göstərəcək.
Stadionun layihələndirilməsi ilə bağlı ilkin işlərə 2008-ci ildən başlanıb. Müsabiqə elan olunmuş, bir çox yerli və xarici şirkətlərin təkliflərinə baxılıb. İqtisadi səmərəlilik, müasirlik, funksional xüsusiyyətlərin əlverişliliyi, paytaxtın arxitekturasına, habelə qoyulan texniki şərtlərə uyğunluğu baxımından Türkiyənin “TOCA” şirkəti tərəfindən təqdim olunan layihə konsepsiyası bəyənilmiş və layihələndirmə işləri həmin konsepsiya əsasında aparılıb.
Stadionun ətrafı və tribunaların üstü hava şəraitindən asılı olaraq özünütəmizləmə xüsusiyyətinə malik membran örtüklə bağlanacaq. Stadionun yerləşəcəyi ərazinin inşaat üçün hazırlanması işləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) tikinti təşkilatları tərəfindən həyata keçirilib. Həmin ilkin tədbirlərə indi də davam etdirilən ərazinin abadlaşdırılması, habelə stadionun bünövrəsinin etibarlı qurulması məqsədi ilə yeraltı svayların vurulması işləri daxildir. Bundan başqa, tammiqyaslı tikinti üzrə xidmətlərin göstərilməsi üçün aparılacaq beynəlxalq tenderin şərtləri də hazırlanır.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı
Məşhur klub 1,37 milyard avroya yeni stadion tikir
Bursada İtaliya şousu - Video
Yamaykadan “Qarabağ”a məyusedici xəbər gəldi
UEFA Mbappenin qardaşını 3 oyunluq cəzalandırdı
Marko Yankoviç İrəvanda - Şəkil
Varkonyinin millidəki debütu baş tutmadı
Puxaç millidə əsas heyətdə oyuna çıxdı
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
Türkiyə İtaliyaya, Belçika Fransaya uduzdu
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq