Ramiz Məmmədov: “Nəticədən razıyam”

XƏBƏR 1 Mart 2009 / 18:43 2491
-  A +

“Oyuna qələbə üçün çıxmışdıq. Lakin əlimizdən gələni etsək də, meydandan yalnız 1 xalla ayrıldıq. Bu nəticədən razıyam”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Neftçi” ilə oyunsonrası mətbuat konfransında “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov deyib. Gənc mütəxəssis nəticənin gözəl oyundan daha önəmli olduğunu bildirib: “Bu gün qələbədə qazana bilərdik. Lakin futbolçular matçın əvvəlində yaxaladıqları əlverişli imkanları dəyərləndirə bilmədilər. Bu gün əsas olan nəticə idi ki, onu da qazandıq. Gözəl oyun sərgiləmək həmişə mümkün olmur”.

Son xəbərlər