Almaniya millisinin hücumçusu komandasından ayrıldı

Almaniya millisinin hücumçusu komandasından ayrıldı
XƏBƏR 6 İyun 2011 / 17:05 1684
-  A +

Almaniya milli kopmandasının hücumçusu Miroslav Kloze məxsus olduğu "Bavariya" klubu ilə yollarını ayırıb. Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytı da Klozenin "Bavariya"dan ayrılmasını təsdiqləyib.

Futbolçu özü isə bu haqda belə danışıb: "Bavariya"da 4 çox gözəl il keçirdim. Buna görə klub rəhbərliyinə də təşəkkürümü bildirirəm. Mənim üçün bu komandada çıxış etmək hər zaman xüsusi önəm daşıyıb. Lakin artıq getmək vaxtıdır. "Bavariya"ya da gələcək oyunlarda uğurlar arzulayıram".

Qeyd edək ki, Klozenin İtaliyanın "Latsio" klubu ilə anlaşdığı bildirilir.


Son xəbərlər