İstanbul Cümhuriyyət Baş Prokurorluğu Türkiyə futbolunda böyük səs-küyə səbəb olan qanunsuz mərc fəaliyyətləri əməliyyatının ikinci mərhələsi ilə bağlı rəsmi açıqlama yayıb.
QOL.az Türkiyə mediasına istinadən xəbər verir ki, prokurorluğun məlumatına görə, 101 futbolçu ilə bağlı aparılan araşdırma nəticəsində bir sıra ciddi pozuntular müəyyən edilib.
Həmçinin oxuyun: Türkiyədə tanınmış futbol adamları saxlanıldı - Növbəti genişmiqyaslı əməliyyat
Qeyd edək ki, bu gün saxlanılanlar arasında məşhur futbol şərhçisi Ahmet Çakar, "Fənərbaxça"nın futbolçusu Mert Hakan Yandaş və "Qalatasaray"ın oyunçusu Metehan Baltaçı da var.
Prokurorluğun məlumatında bildirilir ki, Metehan Baltaçı da daxil olmaqla 27 futbolçunun öz komandasının matçına mərc qoyduğu müəyyən edilib, onların barəsində istintaq aparılır. “Fənərbaxça”nın futbolçusu Mert Hakan Yandaşın isə başqası üzərindən rəsmi mərc saytlarında mərc oynadığı müəyyən edilib.
A.Çakara gəlincə, bank hesablarında şübhəli maliyyə əməliyyatları olan keçmiş hakim və həyat yoldaşı, eləcə də "Adanademirspor"un keçmiş prezidenti Murat Sancak, FİFA referisi Zorbay Küçük daxil olmaqla 7 şəxs istintaqa cəlb edilib.
Bundan başqa, "Ankaraspor" – "Nazilli Belediyespor" (28.04.2024) matçı ilə bağlı nəticəyə təsir göstərmək şübhəsinə görə "Ankaraspor" sahibi Ahmet Okatan, klub prezidenti Mehmet Emin Katipoğlu, "Nazilli Belediyespor" prezidenti Şahin Kaya və iki məşqçi daxil olmaqla 5 şəxs haqqında proses davam etdirilir.
"Ümraniyespor" – "Giresunspor" (24.12.2023) görüşündə nəticəyə təsir etmək üçün razılaşma şübhəsi ilə biri futbolçu olmaqla 6 nəfər barəsində araşdırma aparılır.
İstanbul və 16 müxtəlif şəhərdə aparılan genişmiqyaslı əməliyyat nəticəsində 46 şübhəli barəsində həbs və axtarış qərarı verilib. Onlardan 35-i saxlanılıb, 5 nəfərin ölkə xaricində olduğu müəyyən edilib. Qalan şəxslərin tutulması üçün əməliyyatlar davam edir.
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov
"Tam özümüzə gəlməmişik" - Qurban Qurbanov
"Qarabağ"ın vacib qələbəsindən - Video
Qavi geri dönür
Qırmızı vərəqələr, ləğv edilən qollar, hərəyə 1 xal
"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi
"Fənərbaxça" futbolçuları təhdid edilir
"Qalatasaray"lı Osimhen "Real"a gedir?
"İnter" qələbəni son anda əldən verdi
"Tottenhem"də ciddi itkilər var
Futbolçular meydandan təxliyə olundu
"Onlar öz güclü tərəflərini bizə göstəriblər"
"Sabah"ın böyükhesablı qələbəsindən - Video
“Araz-Naxçıvan” da ev oyunlarını Sumqayıtda keçirəcək
"Bizi dəstəkləmələri çox vacibdir" - "Sabah"ın futbolçusu
"Zirə" - "Qarabağ": Heyətlər
"Səhvlərimizdən maksimum yararlandılar" - Jorj Kaşkilya
Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - Video
Ülviyyə Fətəliyeva beynəlxalq turnirin qalibi oldu
Neymar: "Aman Tanrım, özüm olmaq necə də çətindir"
Azərbaycanda federasiyalar birləşdirildi
"FİFA DÇ-2026-ya ev sahibliyini ABŞ-dan almalıdır"
"İmişli" - "Sabah": Heyətlər
Azərbaycanın millisi Çempionlar Kubokunun yarımfinalında
Arbeloa: "Tənqidlər məni narahat etmir"
"Liverpul" "Real"ın iki futbolçusunu transfer edə bilər
"Atletiko"da itki
"Sona qədər avrokuboklar uğrunda mübarizə aparacağıq"
Ayxan Abbasov klub rəhbərlərini belə tənqid etdi - Video
“İndiki boksçuları heç kim tanımır” - Mayk Tayson
Messi, yoxsa Ronaldo? - Hazard seçdi
“Qarabağ”dan ayrılan Krisdən açıqlama
Nəriman yeni klubunun stadionunu ziyarət etdi - Video
Renat oynadı, komandası qalib gəldi
“Fənərbaxça”nın mövsümdəki ilk məğlubiyyəti - Video
Ruzanna Məmmədova Avropa ikincisi oldu
“Qələbə qazana bilməməyimizin səbəbini bilmirəm” - Saşa İliç
"Şamaxı" "Sumqayıt"a belə qalib gəldi - Video
“Bir çox klub rəhbəri artıq getməlidir” - Ayxan Abbasov
"Fənərbaxça"dan şok məğlubiyyət
"Neftçi" - "Qarabağ" matçının vaxtı açıqlandı
"Araz-Naxçıvan"ın qələbəsi - Video
"Getdikdə daha yaxşı oynayırıq" - Andrey Demçenko