Fransanın “Strasburq” klubu komandanın kapitanı Emmanuel Emeqanı cəzalandırıb.
QOL.az xəbər verir ki, Fransa mətbuatının məlumatına görə, 22 yaşlı hücumçu intizam qaydalarını pozduğu üçün heyətdən kənarlaşdırılıb. Buna səbəb isə onun qalmaqallı açıqlamaları olub. Belə ki, Emeqa “Lill” üzərindəki qələbədən (2:0) sonra komandasının PSJ, “Monako” və “Lion” kimi rəqiblərə uduzmasını zarafatyana özünün meydanda olmaması ilə əlaqələndirib. Bu açıqlama klub rəhbərliyinin və azarkeşlərin qəzəbinə səbəb olub.
Beləliklə, komanda rəhbərliyinin qərarına əsasən, gənc futbolçu klubun dəyərlərinə və daxili nizam-intizam qaydalarına hörmətsizlik etdiyi üçün cəzalandırılıb. Bu səbəbdən niderlandlı forvard Liqa 1-in növbəti turunda şənbə günü baş tutacaq “Tuluza” ilə qarşılaşmanı buraxacaq.
Xatırladaq ki, “Lill” ilə qarşılaşmada Emeqa komandasının qələbə qazandığı hər iki qolun müəllifi olub.
Qeyd edək ki, Emmanuel Emeqanın 2026-cı ildə “Çelsi”yə keçəcəyi və klubla 7 illik müqavilə imzalayacağı planlaşdırılır.
Ronaldo, Benzema...
Son 68 ildə ilk dəfə
33 illik seriya qırıldı
Haalanddan tarixi nəticə
“Mançester Siti”nin qapıçısı klubdan ayrıla bilər
"Bu, komandamıza yaraşan bir hərəkət deyil" - Rəşad Sadıqov
"Turan Tovuz"un qələbəsindən - Video
Azərbaycan kubokunda ilk iki 1/4 finalçı müəyyənləşdi
Vinisiusun müqavilə danışıqları yenə uzadıldı
“Arsenal” zədə problemlərinə görə Maynoya yönəldi
“Neftçi”nin baş məşqçisi vəzifəsinə daha bir namizəd
"Real"ın futbolçusu yenidən sıradan çıxdı