Azərbaycan - Almaniya oyununda geyiniləcək formalar bəlli oldu

Azərbaycan - Almaniya oyununda geyiniləcək formalar bəlli oldu
XƏBƏR 6 İyun 2011 / 15:11 2193
-  A +

AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası sabah Almaniya yığmasını qəbul edəcək. Qol.Az-ın məlumatına görə, Almaniya mətbuatı sabahkı oyunda futbolçuların geyinəcəyi formaları da açıqlayıb.

Almanlara görə, Bakıdakı oyunda meydan sahibləri olan Azərbaycan millisinin futbolçuları ağ mayka, göy şort və ağ corab, rəqib oyunçular isə qara mayka, ağ şort və qara corab geyinəcəklər.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan - Almaniya oyunu sabah saat 22:00-da başlayacaq.

Daha çox


Son xəbərlər