"Şahdağ Qusar" - "Turan Tovuz" oyununda 3-cü qol - Yenilənir

"Şahdağ Qusar" - "Turan Tovuz" oyununda 3-cü qol - Yenilənir
ÖLKƏ FUTBOLU 2 Dekabr 2025 / 16:35 5028
-  A +

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunlarına start veriləcək.

QOL.az xəbər verir ki, ilk gündə iki oyun keçiriləcək. 

I Liqada mübarizə aparan “Şahdağ Qusar” “Turan Tovuz”u sınağa çəkəcək. Qusar klubunun ev oyunlarını keçirdiyi Şamaxı OİK stadionu kubokun 1/8 final mərhələsinin oyunlarını qəbul etmək üçün yararlı olmadığından bu matç Sumqayıtdakı “SOCAR Polymer Arena”da baş tutacaq. Cütün aşkar favoriti Tovuz klubudur.

Günün digər matçı isə Zirədə baş tutacaq. Bu mərhələnin ən prinsipial qarşıdurmasında “Zirə” “Neftçi” ilə üz-üzə gələcək. 

Qeyd edək ki, 1/8 final mərhələsi bir oyundan ibarətdir. 

Əlavə edək ki, bu mərhələdə yalnız Misli Premyer Liqasının iştirakçılarının bir-biri ilə oynadığı görüşlərdə VAR sistemi tətbiq olunacaq. 

Azərbaycan kuboku

1/8 final

2 dekabr

15:00. "Şahdağ Qusar" - "Turan Tovuz" - 1:2 (İkinci hissə)

Qollar: Ayxan Hüseynov, 4-pen (0:1), Aleks Souza, 64 (0:2), F.Camalov , 76 (1:2)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Kamran Əliyev
"SOCAR Polymer Arena"

19:00. "Zirə" - "Neftçi"
Hakimlər:
Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Zirə İdman Kompleksinin stadionu

3 dekabr

14:00. "Şamaxı" - "Baku Sportinq"

14:00. "İmişli" - "Sabah"

19:00. "Qarabağ" - "Karvan-Yevlax"

4 dekabr

15:00. "Qəbələ" - "Şəfa"

19:00. "Araz-Naxçıvan" - "Kəpəz"

19:00. "Difai" - "Sumqayıt"

1/4 finalda qarşılaşacaqlar:

“Şahdağ-Qusar” - “Turan Tovuz” cütünün qalibi / “Araz-Naxçıvan" - "Kəpəz" cütünün qalibi

“Zirə" - "Neftçi" cütünün qalibi / “Difai" - "Sumqayıt" cütünün qalibi

“Şamaxı" - "Baku Sportinq" cütünün qalibi / “Qarabağ" - "Karvan-Yevlax" cütünün qalibi

“İmişli" - "Sabah" cütünün qalibi /“Qəbələ" - "Şəfa" cütünün qalibi

Daha çox


Son xəbərlər
01.12.25  22:05

Rusiyada 6 medal