"Turan Tovuz" 1/4 finalda, "Zirə" "Neftçi"yə qarşı - Yenilənir

"Turan Tovuz" 1/4 finalda, "Zirə" "Neftçi"yə qarşı - Yenilənir
ÖLKƏ FUTBOLU 2 Dekabr 2025 / 16:54 6593
-  A +

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunlarına start verilib.

QOL.az xəbər verir ki, ilk günə nəzərdə tutulan 2 matçdan 1-i artıq yekunlaşıb.

I Liqada mübarizə aparan “Şahdağ Qusar” “Turan Tovuz”u sınağa çəkib. Qusar klubunun ev oyunlarını keçirdiyi Şamaxı OİK stadionu kubokun 1/8 final mərhələsinin oyunlarını qəbul etmək üçün yararlı olmadığından bu matç Sumqayıtdakı “SOCAR Polymer Arena”da baş tutub. "Turan Tovuz" 2:1 hesablı qələbə ilə 1/4 finala adlayıb. Tovuz təmsilçisi növbəti mərhələdə “Araz-Naxçıvan" - "Kəpəz" cütünün qalibi ilə qarşılaşacaq.

Günün digər matçı isə Zirədə olacaq. Bu mərhələnin ən prinsipial qarşıdurmasında “Zirə” “Neftçi” ilə üz-üzə gələcək. 

Qeyd edək ki, 1/8 final mərhələsi bir oyundan ibarətdir. 

Əlavə edək ki, bu mərhələdə yalnız Misli Premyer Liqasının iştirakçılarının bir-biri ilə oynadığı görüşlərdə VAR sistemi tətbiq olunacaq. 

Azərbaycan kuboku

1/8 final

2 dekabr

15:00. "Şahdağ Qusar" - "Turan Tovuz" - 1:2

Qollar: Ayxan Hüseynov, 4-pen (0:1), Aleks Souza, 64 (0:2), F.Camalov , 76 (1:2)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Kamran Əliyev
"SOCAR Polymer Arena"

19:00. "Zirə" - "Neftçi"
Hakimlər:
Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Zirə İdman Kompleksinin stadionu

3 dekabr

14:00. "Şamaxı" - "Baku Sportinq"

14:00. "İmişli" - "Sabah"

19:00. "Qarabağ" - "Karvan-Yevlax"

4 dekabr

15:00. "Qəbələ" - "Şəfa"

19:00. "Araz-Naxçıvan" - "Kəpəz"

19:00. "Difai" - "Sumqayıt"

1/4 finalda qarşılaşacaqlar:

“Turan Tovuz” / “Araz-Naxçıvan" - "Kəpəz" cütünün qalibi

“Zirə" - "Neftçi" cütünün qalibi / “Difai" - "Sumqayıt" cütünün qalibi

“Şamaxı" - "Baku Sportinq" cütünün qalibi / “Qarabağ" - "Karvan-Yevlax" cütünün qalibi

“İmişli" - "Sabah" cütünün qalibi /“Qəbələ" - "Şəfa" cütünün qalibi

Daha çox


Son xəbərlər
01.12.25  22:05

Rusiyada 6 medal