UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın növbəti rəqibi olan “Ayaks”ın Niderland çempionatındakı ev matçında qalmaqal baş verib.
QOL.az xəbər verir ki, Erediviziyanın 14-cü turunda “Ayaks”ın “Qroningen”lə ev matçı fişəng insidenti səbəbindən yarımçıq dayandırılıb. Həmin vaxt hesab 0:0 olub.
Qarşılaşmanın başlamasından cəmi 5 dəqiqə sonra Yohann Kroyf Arenada qapılardan birinin arxasında fişəng və məşəllərin yandırılması hakimi Bas Nixeysi oyunu saxlamağa məcbur edib.
Təxminən 45 dəqiqəlik fasilədən sonra görüşü bərpa etmək cəhdləri də nəticəsiz qalıb. Bu dəfə də tribunaların arxasından atəşfəşanlıq davam etdiyi üçün hakim matçı rəsmi şəkildə yarımçıq dayandırıb.
“Ayaks” klubunun yaydığı açıqlamada hadisə kəskin tənqid olunub:
“Bu gün stadionda baş verənləri biabırçı hesab edirik. Hadisə azarkeşlərin və futbolçuların təhlükəsizliyini risk altına qoyub ki, bu da qəbuledilməzdir. Fişənglərin stadionda yeri yoxdur”.
Yarımçıq qalan matç çərşənbə axşamı Bakı vaxtı ilə saat 17:30-da tamaşaçısız davam etdiriləcək.
ÇL-in 6-cı turunun “Qarabağ” - “Ayaks” matçı dekabrın 10-da Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və yerli vaxtla saat 21:45-də başlanacaq.
Amsterdamlılar bu mövsüm Liqa mərhələsində keçirdiyi 5 oyunun hamısında məğlub olan yeganə komandadır. Bu səbəbdən onlar 0 xalla 36 komanda arasında sonuncu yeri tutur.




İstanbul derbisində heç-heçə - 90+5-də bərabərlik qolu
Rusiyada 6 medal
İmamverdiyev 1, Cəfərov 3 qol vurdu - Video
La Liqada ayın ən yaxşı baş məşqçisi açıqlandı
İstanbul derbisinin heyətləri açıqlandı
Millimizin baş məşqçisi Banqladeşlə oyundan danışdı
“Milan” Fransa klubunun gənc hücumçusuna göz dikdi
“Real” Xabi Alonso ilə yollarını ayıracaq?
Millimiz seçmə mərhələnin son oyununda məğlub oldu
“Kayrat”ın sabiq baş məşqçisi 46 yaşında vəfat etdi
“Ən qısa zamanda fərqli “Karvan-Yevlax” görəcəksiniz”
1-ci liqada son 10 mövsümün bombardirləri bilindi
Messinin heykəli yenə dağıdıldı - Şəkil
Moussa Fransa klubuna keçə bilər
AFFA nümayəndələri beynəlxalq konfransda iştirak etdi
Ronaldo robot qapıçıya qarşı mübarizə apardı - Video
“Napoli” ingiltərəli hücumçunu hədəfə aldı
“Yuventus”un hücumçusu mövsümü erkən başa vurdu
İngiltərə klubu Saşa Boe üçün hərəkətə keçdi
“Çelsi”nin baş məşqçisi hakimlərin qərarından narazıdır
Ukraynalı məşqçi ilə “Neftçi” niyə anlaşa bilmir?
“Qızıl top” mükafatçısı sıradan çıxdı
"Məqsədimiz Premyer Liqaya qayıtmaqdır" - Adil Şükürov
Premyer Liqada bir ildən sonra ilk qolunu vurdu
“Qalatasaray” derbiyə 7 itki ilə çıxacaq
Riad Rəfiyev: "Bu, çox xoşagəlməz hadisədir"
Santosun Azərbaycan çempionatında 100-cü oyunu
Safonov PSJ-də debüt matçına çıxacaq
“Mançester Yunayted” bu göstəricidə “Arsenal”la bərabərləşdi
"Qarabağ"la 800-cü oyun
"Real"ın xal itkisi - Video
Fransalı futbolçunun Azərbaycanda yubiley qolu
34 ildən sonra gələn çempionluq
London derbisində heç-heçə, “Liverpul”dan qələbə