Almaniya yığmasında 2 yeni futbolçu

Almaniya yığmasında 2 yeni futbolçu
XƏBƏR 6 İyun 2011 / 01:47 1886
-  A +

Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv Azərbaycana səfər öncəsi heyətə 2 yeni futbolçu cəlb edib. Qol.Az-ın məlumatına görə, bunlar Lüis Holtbi və Sebastyan Rudidir. 

Hər iki oyunçu 21 yaşlılardan ibarət yığmadan dəvət olunub. "Maynts"da çıxış edən Holtbi və "Hoffenhaym"ın oyunçusu Rudi yarımmüdafiə xəttində çıxış edəcəklər. Holtbidən fərqli olaraq, Rudi ilk dəfə əsas komandanın formasını geyinəcək. Onlar orta sahədəki zədəli futbolçuları əvəzləyəcəklər. 

Qeyd edək ki, Almaniya millisinin baş məşqçisi Yoahim Löv bu gün Bakıya Sami Xedira, Simon Rolfes, Bastian Şvaynştayger, Kristian Treş, Sven Bender, Miroslav Kloze, Marko Reus və Tim Vizeni gətirməyəcək. Vizenin ailəsində problem yaranıb, qalan oyunçular isə zədəlidirlər.    

Daha çox


Son xəbərlər