"Real" "Bavariya"nı darmadağın etdi

"Real" "Bavariya"nı darmadağın etdi
XƏBƏR 6 İyun 2011 / 00:51 2333
-  A +

İspaniyanın paytaxtı Madriddəki "Santyaqo Bernabeu" stadionunda "Real" və "Bavariya" klublarının veteranları arasında xeyriyyə matçı keçirilib. Qol.Az-ın məlumatına görə, yığılan vəsaitin hamısı ilə Afrikada ehtiyacı olanlara yardım ediləcək. 

Görüş "Afrika üçün birlikdə" devizi altında baş tutub. Qarşılaşmada Zidan, Fiqu, Paulo Serjio, Moryentes, Butragenyo, De La Red, Makay, Augentaler kimi ötənlərin ulduz futbolçuları iştirak edib. Oyun "Real" veteranlarının qələbəsi ilə nəticələnib - 8:3. Meydan sahiblərindən De La Red, Butragenyo, Redondo, Peres (2 dəfə), Kovaç (öz qapısına), Qalyeqo, Şuker (penalti ilə), qonaqlardan isə Paulo Serjio (2 dəfə) və Sanyol fərqlənib.    

Daha çox


Son xəbərlər