Löv: "Foqtsla bağlı xəbərdən təəccübləndim"

XƏBƏR 6 İyun 2011 / 00:22 2513
-  A +

Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv Azərbaycan yığmasındakı həmkarı və həmyerlisi Berti Foqtsa jurnalistlər tərəfindən tualet kağızı rulonu və aftafa uzadılmasına reaksiya verib. Qol.Az-ın məlumatına görə, Löv Foqtsun belə münasibətə layiq olmadığını açıqlayıb.

O, bu xəbəri eşidərkən, təəccübləndiyini söyləyib: "Nəticələrdən asılı olmayaraq, baş məşqçinin hücuma məruz qalması yolverilməzdir. Ola bilsin, Qazaxıstana məğlubiyyət zəif nəticədir. Amma məsələn, Azərbaycan millisi Türkiyə yığmasını məğlub edib. Bu da onların inkişafından xəbər verir və Foqtsun fəaliyyəti ilə sıx bağlıdır. Ona görə də jurnalistlərin belə hərəkəti sürprizdir".

Daha çox


Son xəbərlər