Dünya çempionatının qalmaqallı isimləri Bakıda

XƏBƏR 5 İyun 2011 / 17:08 2364
-  A +

Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə keçiriləcək tədbirlərdə ingiltərəli futbol veteranı Ceff Herst və almaniyalı futbol veteranı Hans Tilkovski də iştirak edəcək.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, hər iki veteran futbolçu iyunun 6-da, saat 15:30-da Respublika stadionunun qarşısında Tofiq Bəhramovun abidəsini ziyarət edəcək, mərhum hakimin ailə üzvləri ilə xatirə şəkli çəkdirəcək.

Xatırladaq ki, 1966-cı ildə keçirilən dünya  çempionatında İngiltərə yığmasının vurduğu və məhz Tofiq Bəhramovun oyunun baş hakiminə işarəsindən sonra hesaba alınmış qalmaqallı qolun müəllifi Ceff Herst olub. Həmin oyunda Almaniya millisinin qapısını isə Hans Tilkovski qoruyub.

Daha çox


Son xəbərlər