Əfran İsmayılov polisləri güldürdü

Əfran İsmayılov polisləri güldürdü
XƏBƏR 5 İyun 2011 / 15:33 2935
-  A +

Azərbaycan yığmasının futbolçusu Əfran İsmayılov Qazaxıstanla keçirilən matçdan sonra yerli polisləri güldürüb.

Qazaxıstanlı polislər gənc yarımmüdafiəçi ilə söhbət zamanı oyunun nəticəsini eşidərkən, özlərini gülməkdən saxlaya bilməyiblər: “Astana hava limanında polislərlə söhbət edəndə, 2:1 hesabı ilə uduzduğumuzu söylədim. Onlar isə gülərək, “məgər qazaxlar futbol oynaya bilirlər?” deyə cavab verdilər”.

22 yaşlı futbolçu məğlubiyyətə görə çox üzgün olduğunu nəzərə çatdırıb: “Bu görüşdə yalnız qələbə qazanmaq istəyirdik. Hesab bərabərləşdikdən sonra gərək irəli atılmayaydıq, müdafiəyə diqqət yetirərdik. Əks-hücum taktikası seçib, qələbə topnun vurardıq. Lakin hər şey əksinə oldu. Əla bir şansı əldən buraxdıq. Qazaxlara qalib gəlmək üçün fürsət yaxalamışdıq. Necə deyərlər, oyun getdi. Bizi qınayanları başa düşürəm” (olimpiya.az).

Daha çox


Son xəbərlər