Braziliya Hollandiyadan intiqam ala bilmədi

Braziliya Hollandiyadan intiqam ala bilmədi
XƏBƏR 5 İyun 2011 / 02:20 2155
-  A +

2010-cu il dünya çempionatının 1/4 finalında üz-üzə gəlmiş Braziliya və Hollandiya yığmaları arasında təqribən bir il sonra yoldaşlıq görüşü keçirilib. Qol.Az-ın məlumatına görə, pentakampeonlar öz meydançasında qəbul etdikləri "narıncılar"dan mundialdakı 1:2 hesablı məğlubiyyətin əvəzini çıxa bilməyiblər. 

Oyun 0:0 hesablı heç-heçə ilə nəticələnib. Görüş gərgin mübarizə şəraitində keçib. Baş hakim qonaqlara 3 sarı vərəqə göstərib. Meydan sahibləri isə 5 sarı, 1 qırmızı vərəqəyə məruz qalıblar. 79-cu dəqiqədə Ramires ikinci sarı vərəqə ilə meydançadan qovulub. 

Digər yoldaşlıq matçında Çexiya ilə Peru da qolsuz heç-heçə edib.  

Daha çox


Son xəbərlər